Sizin reklam burada
Sizin reklam burada

ÜST-dən koronavirusun pandemiya dövrü ilə bağlı AÇIQLAMA

“COVID-19 hələ mövsümi xəstəlik sayıla bilməz, o, hələ pandemiya mərhələsindədir”.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bəyan edib.

Onun sözlərinə görə, insanlar COVID-19-un yüngül bir xəstəliyə çevrildiyini düşünə bilərlər, lakin bu, yanlış fikirdir.

“Biz koronovirusu mövsümi xəstəlik adlandıra bilmərik, o, hələ də pandemiya mərhələsindədir. Əlbəttə pandemiyanın kəskin yüksəliş mərhələsində deyilik, lakin virus hələ də çoxlu sayda yoluxmaya səbəb olur, dünyada bir çox insan xəstələnir”, - deyə Vuynoviç qeyd edib.

O əlavə edib ki, virusun təhlükəsini unutmaq olmaz, ehtiyatlı olmaq lazımdır, əks halda xəstələrin və ola bilsin ki, ölümlərin sayı arta bilər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ