Sizin reklam burada
Sizin reklam burada

İnfeksionistdən HƏYƏCAN TƏBİLİ: “Qripdən ölüm halları müşahidə edilir”

İnfeksionistdən HƏYƏCAN TƏBİLİ: “Qripdən ölüm halları müşahidə edilir”
“Qripə yoluxan insanlar ya evdə oturmalı, ya da vəziyyətdən asılı olaraq xəstəxanada həkim nəzarətində müalicə almalıdırlar”.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin “Instagram” səhifəsində canlı yayımda məlumat verib.

O bildirib ki, qrip ağır qrupa daxil olan xəstəlikdir:

“Qripin ağırlığı, təhlükəliliyi fəsadlarla özünü büruzə verir. Xəstəliyə yoluxan şəxslər əksər hallarda xəstəliyi yüngül keçirsələr də, qripdən ölüm halları müşahidə edilir. Təbii ki, qripdən ölüm halları koronavirusla müqayisədə daha azdır”.

“Qrip bütün yaş qrupunda rast gəlinən xəstəlikdir. Amma azyaşlılar, eləcə də bağçaya, məktəbə gedənlər arasında yoluxma faktları artır. İmmuniteti zəif olanlar, hamilələr də yoluxma risk qrupuna aid şəxslərdir. Yoluxma riski müəyyən edilərək həyat şəraiti ona uyğun qurulmalıdır. Payız-qış mövsümündə vitamin və minerallarla zəngin qidalanmaya üstünlük verilməlidir”, - deyə T.Eyvazov qeyd edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ