Sizin reklam burada
Sizin reklam burada

SN: Bədxassəli şiş əməliyyatı olunan qadınlara uşaq dünyaya gətirmək tövsiyə edilmir

SN: Bədxassəli şiş əməliyyatı olunan qadınlara uşaq dünyaya gətirmək tövsiyə edilmir



“Süd vəzi xərçənginin ən ağır forması olan 4-cü mərhələdə belə sağalmaq mümkündür”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva "Süd vəzi xərçəngi" mövzusunda danışarkən deyib.

O, süd vəzi xərçəngi xəstəliyindən əziyyət çəkən anaların körpələrinə hansı hallarda süd verə biləcəyinə də aydınlıq gətirib:

"Əgər şiş xoşxassəlidirsə, çıxarılıbsa və ya çıxarılmağa ehtiyacı yoxdursa, qadın uşağına süd verə bilər. Lakin qadında bədxassəli şiş varsa, əməliyyat olunubsa, həmin qadınlara uşaq dünyaya gətirmək tövsiyə edilmir".

O qeyd edib ki, xoşxassəli şişin süd vəzindən çıxarılmasından sonra bir daha yaranma ehtimalı yoxdur:

“Lakin bədxassəli şiş əməliyyatla götürülübsə, həmin şəxs yenidən xərçəng xəstəliyinə tutula bilər”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ