Sizin reklam burada
Sizin reklam burada

Koronavirus hansı orqanların işini pozur? - Ekspert açıqladı

Koronavirus hansı orqanların işini pozur? - Ekspert açıqladı
Sankt-Peterburq Epidemiologiya və Mikrobiologiya İnstitutunun innovasiya işləri üzrə direktor müavini Aleksandr Semyonov COVID-19-un bir çox orqanlara təsir etdiyini söyləyib.

Xeberleragentliyi.com xəbər verir ki, ekspert koronavirusun qripdən fərqli xüsusiyyətlərə malik olduğunu deyib:

"Koronavirus qrip deyil, yeni bir şeydir. Biz hələ belə bir xəstəliyə rast gəlməmişik. Odur ki, sətəlcəm və ya qripdən fərqli olaraq bir çox orqanlara zərər verə bilər. Sadəcə ağciyərlərə deyil, bağırsaqlar və qaraciyərə də yük düşür. Xüsusilə orta-ağır xəstələrin əksəriyyətində böyrək funksiyasının pozulması müşahidə olunur. Bundan əlavə, koronavirus iybilmə qabiliyyətinin tam və ya qismən itirilməsinə də səbəb ola bilər".

Ekspert həmçinin koronavirusun sinir sisteminə təsirindən danışıb:

"Sinir toxumasına təsir edir, bunun əlamətlərindən biri də xəstələrdə iybilmə itkisinin və şüurun pozulmasıdır. Bu virus o qədər də sadə deyil. Bu sadə kəskin respirator xəstəlik deyil, daha fərqli və çoxstansiyalı infeksiyadır". (publika.az)

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ