Sizin reklam burada
Sizin reklam burada

İmmunitetin yaranmasına imkan vermir!

İmmunitetin yaranmasına imkan vermir!


Başqalarına nisbətən A qripi virusu daha çox mutasiya dəyişikliklərinə məruz qalır ki, bu da immunitet müdafiəni formalaşdırmağa imkan vermir. Nəticə etibarilə xüsusi ştamma yoluxmuş orqanizm üçün infeksiyaya dözmək çətinləşir.

Publika.az "Ura.ru"ya istinadən xəbər verir ki, bu sözləri infeksionist Svetlana Maşkova deyib.

"Qrip virusunun dörd növü var: A, B, C, D. A tipli virus digərlərinə nisbətən daha tez mutasiyaya uğrayır, ona görə də orqanizm ona daha az uyğunlaşır, daha ağır keçə və epidemiyalara səbəb ola bilər. B qrupu virusu daha stabildir, antigen dəyişkənliyinə xüsusilə həssas deyil", - ekspert müsahibəsində bildirib.

Həkim eyni zamanda qeyd edib ki, hər cür qrip orqanizmə ziyan vurur. Xəstəliyin gedişatının şiddəti əslində insan orqanizminin vəziyyətindən asılıdır. Antigenlər qanın laxtalanmasına təsir edən hemaqlütinin və mərkəzi sinir sisteminə cavabdeh olan neyraminidaza virusuyla mübarizədən məsuldur. Mütəxəssis əlavə edib ki, xroniki xəstəliklər istənilən qripi daha da ağırlaşdıracaq

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ