Rusiya sakinlərinin səyahət üçün seçdikləri ən sərfəli ölkələr məlum olub.
"OneTwoTrip" səyahət planlaşdırma xidmətinin araşdırmasına görə, Belarus və Ermənistan 2026-cı ilin oktyabr ayında ruslar üçün baha olmayan səyahətlər üzrə ölkələrin reytinqində birinci yerdə olub.
Platformanın araşdırmalarına görə, İrəvana uçuş 19.620 rubl, orada turist kimi qalmaq isə təxminən 14.370 rubla başa gəlir.
Maraqlıdır ki, siyahıda Gümrü də var. Gümrüyə uçuş orta hesabla 16.570 rubla, yerli oteldə bir gecəlik qalmaq isə 9.890 rubla başa gəlirmiş.
Aşağı və ya normal büdcəli yerlər siyahısına qondarma Abxaziya, Gürcüstan və Türkiyə də var.
Qeyd edək ki, Rusiya uzun müddətdir ki, Ermənistana əsas turist axını olan ölkə sayılır. 2026-cı ilin yanvar-avqust ayları arasında Ermənistana ən çox turist səfəri Rusiya Federasiyasından (40%) olub. İkinci yerdə Gürcüstan (14%) və daha sonra İran (8%) gəlir.

