Doha və onun ətraf ərazilərində quraqlıq hökm sürən Qətər üçün qeyri-adi dərəcədə güclü olan göy gurultusu, şimşək və leysan yağışı müşahidə olunub.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Qeyd olunub ki, fırtına martın 23-ü, bazar ertəsinə keçən gecə baş verib. Agentliyin məlumatına görə, yağış o qədər sıx yağıb ki, ondan buxar qalxıb. Göy gurultusu isə o qədər güclü və tez-tez olub ki, Yaxın Şərqdəki gərginlik dövründə hava hücumundan müdafiə sistemlərinin işinə öyrəşmiş yerli sakinlər bunları partlayış səsləri hesab ediblər.
Qətərdə yağışlar o qədər nadir hadisədir ki, hakimiyyət müntəzəm olaraq məscidlərdə bütün ölkə əhalisinin çağırıldığı xüsusi yağış duası mərasimləri təşkil edir.
