Sizin reklam burada
Sizin reklam burada

Saziş imzalandı: Fransa Ermənistana bu silahları verəcək

Saziş imzalandı: Fransa Ermənistana bu silahları verəcək




İrəvan və Paris Fransanın CAESAR özüyeriyən silahlarının tədarükünə dair müqavilə imzalayıblar.

Publika.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu "X" sosial şəbəkəsində bildirib.

“Biz Ermənistanla müdafiə sahəsində əlaqələrimizi gücləndirməkdə davam edirik. Həmkarım Suren Papikyanla CAESAR silahlarının alınması ilə bağlı müqaviləni imzaladıq", - o qeyd edib.

CAESAR özüyeriyən silahı zirehli kabinli "Renault Sherpa" 10 yük maşınının şassisinə quraşdırılmış 155 mm-lik haubitsadır.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi iki nazir arasında aparılan danışıqlar zamanı hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmaların əldə olunduğunu bildirib. Ermənistan Müdafiə Nazirliyi və Fransanın hərbi-sənaye şirkəti KNDS arasında müvafiq saziş imzalanıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ