Sizin reklam burada
Sizin reklam burada

Türkiyə kəşfiyyatı Moskvada ikinci “Crocus City Hall” terrorunun qarşısını alıb

Türkiyə kəşfiyyatı Moskvada ikinci “Crocus City Hall” terrorunun qarşısını alıb



Türkiyə xüsusi xidmət orqanları “Crocus City Hall” konsert kompleksinə hücumdan sonra ikinci terror aktının hazırlanması ilə bağlı Rusiya hakimiyyətinə xəbərdarlıq göndərib.

Publika.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Nəşrin aydınlaşdırdığı kimi, bu xəbərdarlıq daha bir izdihamlı binada faciənin qarşısını almağa kömək edib.

“Bir qrup terrorçu Rusiyada Ticarət Mərkəzinə çoxlu sayda insan olanda hücum etməyi planlaşdırıblar”, - nəşr yazır. Aydın olur ki, “Vilayət Xorasan” qruplaşmasının fəaliyyəti uzun müddətdir ki, Türkiyə xüsusi xidmət orqanlarının nəzərindədir.

“Xüsusi xidmət orqanları bir neçə şəxslə əlaqə saxlayıb, onları dindirib, bundan sonra Rusiya tərəfi ilə əlaqə yaradılıb”, – qəzet yazır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ