Sizin reklam burada
Sizin reklam burada

Moskva erməniləri üsyana çağırdı: Paşinyan düşməndir, onun hakimiyyətdə olduğu hər gün...

Moskva erməniləri üsyana çağırdı: Paşinyan düşməndir, onun hakimiyyətdə olduğu hər gün...

Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdə olduğu hər gün Rusiya ilə münasibətlər üçün riskdir.

Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst Konstantin Zatulin bildirib.

Lenta.ru ilə söhbətində o, Ermənistan liderinin həmişə Qərbə üz tutmaq ideyasından ilhamlandığı fikrini bildirib. Zatulin Paşinyanı Rusiya ilə münasibətlərin düşməni adlandırıb.

Çərşənbə günü, iyunun 12-də parlamentdə müzakirələr zamanı Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) sabun köpüyü adlandırıb və onu tərk etmək niyyətində olduğunu bəyan edib .

Zatulin bildirib ki, Paşinyan 2022-ci ildən bu kursu açıq şəkildə aparır, ona görə də, belə bir bəyanat Rusiya üçün gözlənilməz olmamalıdır.

“Əslində, mənim başa düşdüyüm kimi, o, hakimiyyətə gəldiyi andan Qərbə üz tutmaq ideyasından ilhamlanıb, baxmayaraq ki, hələlik, şəraitə görə bunu maskalamaq məcburiyyətində qalıb. Amma əslində cənab Paşinyan və onun həyatı ilə yaxından tanış olan insanlar yaxşı bilirlər ki, o, həmişə Rusiya ilə münasibətlərə, Rusiya bazasının Gümrüdən çıxarılmasına, Ermənistanın KTMT-dən çıxmasına çalışıb”, - deputat bildirib.

“Yəni indiki halda biz Rusiya-Ermənistan münasibətlərinin keçmişinin düşməni və bu münasibətlərin gələcəyinin düşməni olan şəxsin vahid baxışı ilə qarşılaşırıq. O, KTMT-dən çıxmaqla bağlı bəyanatın ümumi xəttə uyğun olduğunu qeyd edərək, artıq Ermənistandan təşkilatın maliyyələşdirilməsinin dayandırıldığını qeyd edib. Bundan əlavə, Rusiya sərhədçilərinin ölkədə mövcudluğu tədricən aradan qaldırılır”, - Zatulin əlavə edib.

Zatulin bildirib ki, Paşinyan KTMT-dən çıxacağını elan etdiyi gün İrəvanda Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb.

“Mənə elə gəlir ki, cənab Paşinyanın bu gün hakimiyyətdə olduğu hər günün bu ölkə ilə münasibətlərimizin gələcəyi üçün risk olduğunu başa düşmək üçün falçıya gedib əlavə araşdırmalar aparmağa ehtiyac yoxdur”, - ermənipərəst deputat vurğulayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ