Sizin reklam burada
Sizin reklam burada

Gürcüstan DİN etirazçılara XƏBƏRDARLIQ ETDİ

Gürcüstan DİN etirazçılara XƏBƏRDARLIQ ETDİ


Gürcüstan Daxili İşlər Nazirliyi respublika parlamenti yaxınlığında davam edən etiraz aksiyası ilə əlaqədar polisin səfərbər edildiyini və ictimai təhlükəsizliyi qoruduğunu bildirib.

Publika.az xəbər verir ki, müvafiq müraciət nazirliyin "X" sosial şəbəkəsindəki səhifəsində paylaşılıb.

Nazirlik həmçinin aksiyanın təşkilatçılarını və iştirakçılarını binada yerləşən deputatlara və parlament əməkdaşlarına binanı tərk etmək imkanı yaratmağa və dinc şəraitdə aksiyanı davam etdirməyə çağırıb.

“Polis hər hansı qanun pozuntusunun qarşısını dərhal alacaq, ictimai asayişi pozan şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcək”, - deyə məlumatda bildirilir.

Bu bəyanat mayın 28-də Gürcüstan parlamentinin plenar iclasında respublika prezidenti Salome Zurabişvilinin "Xarici agentlər haqqında" qanuna vetosunu ləğv etməsi fonunda verilib. 150 deputatdan 84-ü təşəbbüsün lehinə səs verib.

Həmin gün vətəndaşlar bu təşəbbüsə qarşı Gürcüstan parlamentinin binası qarşısına toplaşmağa başlayıblar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ