Sizin reklam burada
Sizin reklam burada

ABŞ-dan ŞOK İDDİA: Rusiya kosmosa elə bir aparat göndərib ki...

ABŞ-dan ŞOK İDDİA: Rusiya kosmosa elə bir aparat göndərib ki...


"Vaşinqton Rusiyanın aşağı Yer orbitinə peyk əleyhinə kosmik gəmi çıxardığına inanır.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder deyib.

O, buraxılışın mayın 16-da baş tutduğunu bildirib.

“Rusiya aşağı Yer orbitinə peyk çıxarıb. Biz ehtimal edirik ki, bu, antikosmik silahdır və aşağı Yer orbitində olan digər peyklərə hücum edə bilir", - o əlavə edib.

Rayderin sözlərinə görə, eyni orbitdə Amerika hökumətinin peyki var. O, Pentaqonun Rusiya aparatına nəzarət edəcəyinə söz verib.

Bundan əvvəl Pentaqon bildirmişdi ki, ABŞ rəhbərliyi Vaşinqtonun kosmosa əsaslanan yeni silahlar hazırlaması ilə bağlı Rusiya ilə yüksək səviyyədə əlaqə saxlayır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ