Sizin reklam burada
Sizin reklam burada

Putin: "Terrorun əsl təşkilatçıları və sifarişçiləri layiqli cəzalarını alacaqlar"

Putin: "Terrorun əsl təşkilatçıları və sifarişçiləri layiqli cəzalarını alacaqlar"




Terrorun əsl təşkilatçıları və sifarişçiləri layiqli cəzalarını alacaqlar.

Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da baş verən terror aktı ilə bağlı müraciətində deyib.

“Terror aktında əli olan hər kəs müəyyənləşəcək və cəzalanacaq. Rusiya kəşfiyyat xidmətləri terrorçuların ortaqlarının müəyyən edilməsi üzərində işləyir. İstintaq terror aktının bütün təfərrüatlarını müəyyən etmək üçün hər şeyi edəcək”, - o vurğulayıb.

Prezidentin sözlərinə görə, indi rusların vəzifəsi həmrəy olmaqdır: “Kimsə Rusiya vətəndaşlarının birliyini sarsıda bilməz. Rusiya ən çətin sınaqlar zamanı həmişə daha da güclənib, indi də belə olacaq. Kimsə Rusiyada nifaq toxumu səpə bilməz”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ