Sizin reklam burada
Sizin reklam burada

Fransa Ukraynaya qoşun göndərir?

Fransa Ukraynaya qoşun göndərir?




Rusiya Federasiyası Dövlət Dumasının deputatı Mixail Şeremet bildirib ki, Rusiya tərəfi Fransa qoşunlarının Ukraynaya göndərilməsini öz işğalı kimi qiymətləndirəcək.

Publika.az xəbər verir ki, "RİA Novosti" millət vəkilinin sözlərini sitat gətirib.

Parlamentari Fransa prezidenti Emmanuel Makronun döyüş bölgəsinə ordu göndərilməsi ideyasını “qeyri-məqbul” adlandırıb. Onun fikrincə, belə bir addım “batmaqda olan” Ukrayna lideri Vladimir Zelenskiyə heç bir kömək etməyəcək.

“Xalqı Zelenskinin başçılıq etdiyi nasist rejiminin girovuna çevrilmiş Ukraynaya fransız qoşunlarının göndərilməsi onun işğalı kimi qiymətləndiriləcək, Fransa isə təcavüzkar və münaqişə tərəfi kimi qəbul ediləcək”, - Şeremet vurğulayıb.

Deputat əlavə edib ki, Ukraynanın hazırkı prezidenti xarici tərəfdaşların dəstəyinə ümid bəsləməməlidir. dediyi "Paris üstəlik Varşavadan nümunə götürməli və hazırkı Ukrayna hakimiyyətinin yaşatdığı məyusluğu dərk etməlidir", - siyasətçi qeyd edib.

Fevralın 26-da Fransanın paytaxtında Ukrayna münaqişəsi ilə bağlı fövqəladə konfrans keçirilib. Daha sonra respublika rəhbəri bildirib ki, görüş iştirakçıları öz qoşunlarını döyüş meydanına göndərmək imkanlarını müzakirə ediblər. Bununla belə, Makronun sözlərinə görə, Qərb ölkələri bu məsələdə hələlik heç bir razılaşma əldə etməyiblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ