Sizin reklam burada
Sizin reklam burada

Ukrayna rəsmən bəyan etdi: İranla döyüşə hazırıq!

Ukrayna rəsmən bəyan etdi: İranla döyüşə hazırıq!


Ukraynalılar gələcəkdə İran, Çin və ya KXDR ilə ABŞ-ın tərəfində döyüşməyə hazırdırlar.

Publika.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko CNN telekanalına müsahibəsində deyib.

“Gələcəkdə hər hansı bir müharibə başlasa və ABŞ-ın insanlara ehtiyacı olsa, Tehran yaxınlığındakı səngərlərdə kim olacaq? Bir çox ölkələrin buna hazır olduğunu düşünmürəm. Ukraynalılar ABŞ-la çiyin-çiyinə dayanmağa hazırdırlar. Tehrana, Şimali Koreyaya və ya Pekinə qarşı səngərlərdə, bunun heç bir fərqi yoxdur”, - deputat bilidirib.

Qonçarenko onu da əlavə edib ki, Kiyev hazırda müttəfiqlərinin dəstəyindən məhrumdur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ