Sizin reklam burada
Sizin reklam burada

Beyinə çip yerləşdirilməsi başladı - İnsanları nə gözləyir?

Beyinə çip yerləşdirilməsi başladı - İnsanları nə gözləyir?




Amerikalı milyarder və "Neuralink" neyrotexnologiya şirkətinin qurucusu İlon Mask dünən elan etdi ki, insana ilk dəfə beyin çipi yerləşdirilib.

Publika.az xəbər verir ki, tanınmış həkim Aleksandr Myasnikov insan beyninə çipin yerləşdirilməsinə dair öz fikirlərini bölüşüb. O hesab edir ki, "Neuralink" neyrotexnologiyası ilə insan beyninə ilk dəfə çip implantasiyası qoyulması, tibbdə möhtəşəm bir mərhələnin başlanğıcı ola və ya əksinə, faciəvi nəticələrə səbəb ola bilər.

"Sonra hər şey inkişafın kimin əlinə keçəcəyindən asılı olacaq. Müxtəlif variantlar mümkündür: ya ağır xəstələrə həyatın qaytarılması, ya da azad insan övladının sonu", - həkim "Подмосковье сегодня" ilə söhbətində izah edib.

Öz növbəsində, ümumi praktikant Mariya Belyayeva istehsalçının bəyanatını xatırladıb. Qeyd olunub ki, başda implantasiya edilmiş bir cihaz müasir dərmanlardan əhəmiyyətli dərəcədə daha az yan təsir göstərəcək. Bu, məsələn, depressiv pozğunluqların müalicəsində təsir göstərə bilər.

Lakin ilk növbədə, cəmiyyəti sadə bir sual narahat edir: elektrik çipinin beyinə daxil edilməsi əməliyyatı insan üçün nə dərəcədə təhlükəsizdir? Myasnikov əmindir ki, əməliyyat düzgün aparılarsa, risklər demək olar ki, sıfıra bərabərdir. Belyayeva da onun fikri ilə razılaşır. Eyni zamanda, çipin insan sağlamlığı üçün təhlükəsizliyi yalnız uzunmüddətli tədqiqatların nəticələri ilə təsdiqlənə bilər.

“İmplantın düzgün quraşdırılması mühüm rol oynayır, çünki meymunlar üzərində aparılan təcrübə zamanı səhv yerləşdiriləndə, beyin ödemi, ağrı və iflic kimi fəsadlar yaranırdı”, - həkim mütəxəssislərin xəstəni hərtərəfli yoxlamasını təklif edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ