Sizin reklam burada
Sizin reklam burada

BMT Ukraynanı qınadı: Qəbuledilməzdir

BMT Ukraynanı qınadı: Qəbuledilməzdir



BMT-nin baş katibi Quterreş Ukraynanın Donetsk bölgəsində mülki əhaliyə və mülki infrastrukturlara hücumunu pisləyib.

Publika.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının ( BMT ) baş katibi Antonio Quterreş Ukraynanın Donetsk vilayətinə hücumu kəskin şəkildə pisləyib.

BMT sözçüsü hücumla bağlı yazılı açıqlama verib. Açıqlamada hücumun 25 nəfərin ölümü, 20 nəfərin yaralanması ilə nəticələndiyi xatırladılıb. Quterreşin Donetsk hücumu da daxil olmaqla, mülki şəxslərə və mülki infrastruktura qarşı hər hansı hücumu qətiyyətlə pislədiyi bildirilib.

Bəyanatda mülki şəxslərə və mülki infrastrukturlara qarşı hücumların beynəlxalq humanitar hüququ pozduğu, qəbuledilməz olduğu və dərhal dayandırılması lazım olduğu vurğulanıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ