Sizin reklam burada
Sizin reklam burada

Rusiya ordusu Ermənistandan çıxarılır? - Səfirdən vacib açıqlama

Rusiya ordusu Ermənistandan çıxarılır? - Səfirdən vacib açıqlama


Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasından söhbət gedə bilməz.

Publika.az xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin “RİA Novosti”-yə bildirib.

"Belə siqnallardan xəbərim yoxdur. Mən Ermənistan tərəfdən verilən rəsmi açıqlamalara istinad edirəm. Bazanın çıxarılmasından söhbət gedə bilməz. Rusiya tərəfdən də belə siqnallar olmayıb",- səfir Gümrüdəki Rusiya bazasının bağlanması və Rusiya sərhədçilərinin geri çəkilməsi ilə bağlı İrəvandan hər hansı siqnalın olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

Xatırladaq ki, Rusiyanın 102-ci hərbi bazası Moskva ilə İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşdirilib.

2010-cu il avqustun 20-də Rusiya Federasiyası və Ermənistan bazanın yerləşdirilməsi haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıb. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır.



  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ