Sizin reklam burada
Sizin reklam burada

Pakistan raket hücumuna görə İranı ciddi nəticələrlə HƏDƏLƏDİ

Pakistan raket hücumuna görə İranı ciddi nəticələrlə HƏDƏLƏDİ


Pakistan İranın respublika ərazisinə raket hücumunu kəskin şəkildə pisləyib.

Publika.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Nazirlik İranın Pakistan ərazisinə hücumunu əsassız olaraq hava məkanının pozulması adlandırıb.

"Pakistanın suverenliyinin bu şəkildə pozulması tamamilə qəbuledilməzdir və ciddi nəticələrə səbəb ola bilər", - bəyanatda deyilir.

Pakistan Xarici İşlər Nazirliyinsən bildirilib ki, İran Xarici İşlər Nazirliyinin Tehrandakı müvafiq yüksək vəzifəli rəsmisinə etiraz notası təqdim edilib. Bundan əlavə, İranın müvəqqəti işlər vəkili Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb və orada ona bu hücumun nəticələrinə görə məsuliyyətin yalnız İranın üzərinə düşəcəyi bildirilib.

Xatırladaq ki, yanvarın 16-da İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistanın İranla həmsərhəd olan Bəlucistan əyalətindəki Ceyş əl-Ədl terror qruplaşmasının bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Hücum nəticəsində iki uşaq dünyasını dəyişib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ