Sizin reklam burada
Sizin reklam burada

Bu türk dövlətində çevrilişin qarşısı alındı

Bu türk dövlətində çevrilişin qarşısı alındı


Qırğızıstan hakimiyyəti dövlət çevrilişinin qarşısını aldığı haqda məlumat yayıb.

Publika.az xəbər verir ki, bunu Bunu “Kabar” agentliyinə müsahibəsində respublika prezidenti Sadır Japarov deyib.

Təşkilatçılar narazılığı artırmaq və etiraz mitinqlərində kütləvi iğtişaşlar hazırlamaq üçün qətllər və partlayışlar planlaşdırıb.

"Amma xalq onların arxasınca getməyəcək. Onların kütləsi yoxdur. Onlar ancaq kimlərinsə arxalarında gizlənirlər, satqınlıq və intriqa ilə məşğul olurlar. Onların arasında hakimiyyətə can atanlar da var, bizim gəlişimizlə artıq güc tapa bilməyənlər də var.

Daha doğrusu, bunlar əvvəllər xəzinədən oğurluq edib vergi ödəməkdən yayınan, milyardlarla dollar gəlirlərini gizlədənlərdir”, - deyə Japarov bildirib.

Yanvarda “KG Group” tikinti şirkətinin rəhbəri İmamidin Taşov və fəal Tiləkmət Kürenov dövlət çevrilişi hazırlamaqda ittiham olunaraq axtarışa verilib. Bundan əlavə, onlara yaxın olan bir neçə nəfər saxlanılıb.

Respublika Prezidenti onu da bildirib ki, ölkədəki ilk iki inqilab xaricdən maliyyələşdirilib. Eyni zamanda, onun sözlərinə görə, 2020-ci ildə baş verən çevriliş qəfil olub və xaricdən dəstək olmayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ