Sizin reklam burada
Sizin reklam burada

Almaniyada MÜHARİBƏ HAZIRLIĞI: Rusiya dəhlizə hücum etmək üçün...

Almaniyada MÜHARİBƏ HAZIRLIĞI: Rusiya dəhlizə hücum etmək üçün...




Almaniyanın Müdafiə Nazirliyi Ukrayna üzərində qələbədən sonra Rusiyanın hücumu halında fəaliyyət planı hazırlayır.

Publika.az xəbər verir ki, bu barədə "Bild" yazır.

Nəşrin məlumatına görə, Bundesver bir neçə həftə ərzində Rusiya ilə NATO arasında gərginliyin artacağını proqnozlaşdırır.

"Güman edilir ki, rus qoşunları Ukraynaya yazda genişmiqyaslı hücuma keçəcək və Qərbin köməksizliyi ilə üzləşən düşməni məğlub edəcək.

Qələbədən sonra, Almaniya Müdafiə Nazirliyinin gözlədiyi kimi, Baltikyanı ölkələrdə etnik toqquşmalar olacaq, bunun fonunda rus qoşunları Suvalki dəhlizinə hücum etmək üçün Kalininqrada köçürüləcək.

NATO, öz növbəsində, "etibarlı çəkindirmə tədbirləri haqqında" qərar verəcək və şərq cinahına 300 min əsgər göndərəcək", - materialda deyilir.

Bundan əvvəl Almaniya prezidenti Frank-Valter Ştaynmayer demişdi ki, Ukraynadakı münaqişə Almaniyanın özünü qorumaq üçün daha çox işlər görməli olduğunu nümayiş etdirir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ