Sizin reklam burada
Sizin reklam burada

Putinə yaxın şəxsləri bir-bir "təmizləyirlər" - Daha bir şübhəli ölüm

Putinə yaxın şəxsləri bir-bir "təmizləyirlər" - Daha bir şübhəli ölüm




Rusiyada Ukrayna müharibəsi başlayandan bəri Kremlyönümlü şəxslər arasında şübhəli ölüm hallarına yenisi əlavə edilib.

Kremlə yaxın “Kuban” televiziya kanalının baş redaktoru Zoya Konovalovanın Krasnodar şəhərindəki evində ölü tapıldığı barədə xəbər vermişdik. Evdə Konavalovanın keçmiş əri Andrey Qubatiykanın da meyitinin tapıldığı açıqlanıb.

Publika.az xəbər verir ki, onların ölümü ilə bağlı bəzi detallar bəlli olub. Cəsədlərin ilkin müayinəsi zamanı xəsarət aşkar edilmədiyi və zəhərlənmədən şübhələnildiyi qeyd edilib.

Putin yanlısı medyada şüpheli bir ölüm daha

"Kuban" kanalının verdiyi açıqlamada qadının ölüm səbəbinin “naməlum maddədən zəhərlənmə” olduğu bildirilib. Bu xəbərdən sonra narkotik şayiələri gündəmə gəlsə də, onun yaxınları və həmkarları Konovalovanın heç vaxt narkotikdən istifadə etmədiyini iddia ediblər.

Qeyd edək ki, bu hadisədən əvvəl Kremlə yaxın qəzetlərdən olan “Komsomolskaya Pravda”nın baş redaktor müavini Anna Tsareva da evində ölü tapılıb. Putinin “Vahid Rusiya” partiyasından olan siyasətçi Vladimir Yeqorov isə üçüncü mərtəbədəki evinin pəncərəsindən yıxılaraq ölüb.

Bu ölümlərin arxasında Ukrayna kəşfiyyatının ola biləcəyi ilə bağlı şayiələr yayılıb.

  • Sosial şəbəkədə paylaş