Sizin reklam burada
Sizin reklam burada

Ukraynanın əsas şəhərləri kütləvi hücuma MƏRUZ QALDI

Ukraynanın əsas şəhərləri kütləvi hücuma MƏRUZ QALDI

Ukraynanın Xarkov, Lvov və Çerkassı şəhərlərində partlayışlar baş verib.

Publika.az xəbər verir ki, bu barədə URA məlumat yayıb.

Xarkovun rəhbəri İqor Terexovun sözlərinə görə, şəhərdə azı altı partlayış baş verib.

Lvov meri Andrey Sadovıy bildirib ki, şəhərdə partlayış baş verib. Onun sözlərinə görə, şəhərə yaxınlaşan daha iki hava hədəfi müşahidə edilib. Qeyd olunur ki, Lvovda hava hücumundan müdafiə sistemi fəaliyyətə başlayıb.

Partlayış səsləri Çerkassı şəhərində də eşidilib. Bu barədə Ukraynanın "Mirror of the Week" nəşri məlumat yayıb.

Daha əvvəl Ukraynanın “Zerkalo Nedeli” nəşri Odessa şəhərində və Odessa vilayətində partlayış səslərinin eşidilməsinin davam etdiyini bildirib.

"360" telekanalının məlumatına görə, Nikolayevdə də partlayış səsləri eşidilib.

  • Sosial şəbəkədə paylaş