Sizin reklam burada
Sizin reklam burada

ABŞ-da COVID-19-un yeni ştammına yoluxmada ciddi artım

ABŞ-da COVID-19-un yeni ştammına yoluxmada ciddi artım




ABŞ-də yeni “JN.1” ştammına yoluxma nisbətləri iki həftə ərzində artıb. Həmçinin, ölkədə yoluxanların faizi iki dəfə artıb.

Publika.az xəbər verir ki, “JN.1” ştammı ABŞ vətəndaşlarının peyvənd sahəsində fəallığının azalması şəraitində qeydə alınan 44%-dən çox yoluxma hallarında müəyyən edilib.

Məlumata görə, “JN.1”in “Omikron” ştammının yarımnövü olduğu aydınlaşdırılır.

“Ölüm və xəstəxanaya yerləşdirmə nisbətləri (“JN. 1” üçün) “Delta” dalğası zamanı müşahidə etdiyimiz partlayıcı templər deyil, lakin biz mütləq artımı görürük”, - deyə məqalənin müəllifləri Ohayo Dövlət Universitetinin “Veksner” Tibb Mərkəzinin yoluxucu xəstəliklər kafedrasının dosenti Karlos Malvestuttoya istinadən bildiriblər.

O, həmçinin ABŞ-də yenilənmiş COVID-19 peyvəndlərinin tətbiqi səviyyəsinin aşağı düşdüyünü vurğulayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ