Sizin reklam burada
Sizin reklam burada

“Mülkləri qaytarmayacağıq” - Koçaryanın oğlu Paşinyanı hədələdi

“Mülkləri qaytarmayacağıq” - Koçaryanın oğlu Paşinyanı hədələdi


Ermənistanda Paşinyan və Koçaryan arasında siyasi qarşıdurma mülk davasına da keçib.

Publika.az xəbər verir ki, hakimiyyət keçmiş prezident Robert Koçaryanın mülklərinin müsadirə edilməsi və dövlətə verilməsi məsələsini gündəmə gətirib.

Koçaryanın oğlu, həbsdən xilas olmaq üçün “Ermənistan” fraksiyasından deputat mandatı ilə təmin edilən Levon Koçaryan mülk davasına görə baş nazir Nikol Paşinyanı hədələyib.

“Bizim ailəmizə məxsus əmlak qanunidir, heç nəyi gizlətməmişik və hakimiyyət hər şeyi yoxlayıb”, - o deyib. Əlavə edib ki, bu əmlakın Baş Prokurorluğun qərarı ilə dövlətə verilməsi mümkün deyil. Prokurorluq müsadirə ilə bağlı iddianı ötən ilin yayında irəli sürüb.

L.Koçaryan bildirib ki, hakimiyyətin məqsədi ədaləti bərpa etmək yox, ziyan vurmaqdır.

“Bizim 4 milyard dollar sərvətimizin olduğunu deyirdilər, indi isə 60-70 milyon dollardan danışırlar. Amma bacarmayacaqlar. Bu iddialarını sübut etsinlər, mən belə ehtimal görmürəm”, - o deyib.

Qeyd edək ki, L.Koçaryan parlamentdə fəaliyyətə başlayandan sonra atasının yerini tutub. Onun Paşinyana qarşı mübarizədə müxalifətin yeni lideri ola biləcəyi istisna edilmir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ