Sizin reklam burada
Sizin reklam burada

SON DƏQİQƏ: İsrail şərtini açıqladı - HƏMAS bunu etsə, quru əməliyyatı olmayacaq

SON DƏQİQƏ: İsrail şərtini açıqladı - HƏMAS bunu etsə, quru əməliyyatı olmayacaq


HƏMAS bütün girovları azad etsə və qeyd-şərtsiz təslim olarsa, İsrail Qəzza zolağında quru əməliyyatından imtina etməyə hazırdır.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Conatan Konrikus Melburnda ABC radiosuna müsahibəsində bildirib .

“Bu şərtlər yerinə yetirilməsə, Qəzzada quru əməliyyatı qaçılmaz olacaq”, deyə yəhudi dövləti ordusunun nümayəndəsi əlavə edib. O xatırladıb ki, HƏMAS hazırda 212 nəfəri əsir saxlayır.

Eyni zamanda, Konrikus İsrail üçün hansı hədəfin “girovların azad edilməsi, yoxsa HƏMAS-ın məhv edilməsi daha prioritetdir” sualına birmənalı cavab verə bilməyib.

Qəzza zolağında hərbi əməliyyatlar çox yaxın vaxtlarda başlamalıdır. Hərbi idarənin rəisi Yoav Qalantın verdiyi proqnoza görə, bu, təxminən üç ay davam edə bilər.

  • Sosial şəbəkədə paylaş