Sizin reklam burada
Sizin reklam burada

Zelenskidən KRİTİK AÇIQLAMA: "O, münaqişəni beş dəqiqəyə bitirə bilər, amma..."

Zelenskidən KRİTİK AÇIQLAMA: "O, münaqişəni beş dəqiqəyə bitirə bilər, amma..."


Əgər biz münaqişəni Ukraynanın bahasına başa vurmaqdan, yəni bizi ərazilərimizdən imtina etməyə məcbur etməkdən danışırıqsa, düşünürəm ki, bu yolla Bayden beş dəqiqəyə onu bitirə bilər. Amma razı olmazdıq".

Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABC News telekanalına müsahibəsində deyib.

O, 24 saat ərzində hərbi əməliyyatları dayandıracağını vəd edən ABŞ-ın keçmiş prezidenti Donald Trampın sözlərinə də münasibət bildirib. Zelenski xatırladıb ki, onun dövlət başçısı olarkən belə bir şansı artıq olub:

"Münaqişəni bitirmək istəyi çox gözəldir. Amma bu arzu hansısa real təcrübəyə əsaslanmalıdır. Deyəsən, Donald Trampın gündə o 24 saatı var idi. Onun bu vaxtı var idi, amma görünür, başqa prioritetləri mövcud idi".

May ayında Volodimir Zelenski də Donald Trampın Ukrayna böhranını həll etmək qabiliyyətini şübhə altına alaraq, Trampla prezident olarkən görüşdüyünü xatırladıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın eks-prezidenti prezident seçkilərində seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni 24 saat ərzində dayandıracağına dəfələrlə söz verib

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ