Sizin reklam burada
Sizin reklam burada

Ukraynalı ekspert: “Qarabağ erməniləri ən yaxşısını, yəni Azərbaycan vətəndaşlığını seçəcəklər”

Ukraynalı ekspert: “Qarabağ erməniləri ən yaxşısını, yəni Azərbaycan vətəndaşlığını seçəcəklər”
“Ukraynanın suveren ərazisində qurulan qondarma “Donetsk və Luqansk Xalq Respublikaları” (“DNR” və “LNR”) Rusiya Federasiyasının köməyi olmadan heç bir həftə də mövcudluğunu qoruya bilməzdi. Eyni məsələ Ermənistan büdcəsindən vəsaitlərin köçürüldüyü Qarabağa da aiddir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsi ilə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi arasında paralellər aparan ukraynalı jurnalist, Vaşinqtondakı Cons Hopkins Universitetinin (SAIS) tədqiqatçısı Nikolay Vorobyov deyib.

Ekspert bildirib ki, adları yuxarıda qeyd olunan qeyri-qanuni quruluşlar özlüyündə heç bir həyati qabiliyyətə malik deyillər, gec, yaxud tez məxsus olduqları ölkəyə inteqrasiya olunmalıdırlar.

“Qarabağ, nəhayət, iqtisadi və siyasi baxımdan tamamilə Azərbaycanın tərkibinə daxil olmalı, Donbas və Krım Ukraynaya qaytarılmalıdır”, - ukraynalı tədqiqatçı vurğulayıb.

Nikolay Vorobyov diqqətə çatdırıb ki, Rusiya Krımı və Donbası işğal edəndən sonra orada yaşayan insanların həyatında müsbətə doğru heç nə dəyişmədi.

“Həmin ərazilər depressiv regiona çevrildilər. Yerli əhali də başa düşür ki, Ukraynanın tərkibindəki həyat Rusiyanın işğalı altındakı ilə müqayisədə daha yaxşı idi. Təbii ki, çoxları Rusiya pasportunu götürdülər, amma bu, çarəsizlikdən irəli gələn addım idi”.

Nikolay Vorobyov hesab edir ki, işğaldan azad edilən ərazilərin inteqrasiyasında yumşaq gücdən istifadə edilməlidir:

“Azərbaycan artıq göstərir ki, əraziləri təkcə fiziki olaraq öz nəzarətinə götürmür, həm də yerli əhali üçün rifah yaratmağa hazırdır. Qarabağ erməniləri bunun şahidi olandan sonra ən yaxşısını, yəni Azərbaycan vətəndaşlığını seçəcəklər”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ