Sizin reklam burada
Sizin reklam burada

ABŞ-dan Ukrayna ilə bağlı BƏDBİN PROQNOZ: "Növbəti həftələr və aylar..."

ABŞ-dan Ukrayna ilə bağlı BƏDBİN PROQNOZ: "Növbəti həftələr və aylar..."



Biz bilirik ki, növbəti həftələr və aylar Ukrayna üçün kritik olacaq".

Publika.az xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN telekanalına müsahibəsində deyib.

Amerika administrasiyasının nümayəndəsi əlavə edib ki, Vaşinqton Kiyevə yardım göstərməkdə davam etmək niyyətindədir və hazırda Ukraynanı ona lazım olan hər şeylə təmin etmək imkanlarını təhlil edir.

Bundan əvvəl ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya gəldiyi məlum olub.

Almaniya “Patriot” kompleksinin özündən və onun döyüş sursatından əlavə, 16 “Zetros” yük maşını, iki sərhədçi maşını, 34 kəşfiyyat təyyarəsi, 40 “Marder” piyada döyüş maşını, onlar üçün ehtiyat hissələri və “Leopard-2” tankları, eləcə də müxtəlif atıcı silahlar verib

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ