Sizin reklam burada
Sizin reklam burada

Rus tankları Kiyevə çatsa, dünya müharibəsi başlayacaq - SENSASİYA

Rus tankları Kiyevə çatsa, dünya müharibəsi başlayacaq - SENSASİYA



Rus tankları Kiyevə çatsa, Üçüncü Dünya müharibəsi başlayacaq”.

Publika.az İtaliya mediasına istinadla xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Gido Krosetto fransalı həmkarı ilə görüşdə bildirib.

“Rusiya tankları Kiyevə və Avropa sərhədlərinə çatarsa, Üçüncü Dünya müharibəsi başlaya bilər. Onların gəlməsinə imkan verməmək onu dayandırmağın yeganə yoludur”, - Krosetto bildirib.

O vurğulayıb ki, İtaliya və Fransanın təhlükəsizliyi “şərq cəbhəsi və Ukraynada baş verənlərdən” başlayır. Hər iki nazir Rusiyanın Ukraynaya təcavüzünün İkinci Dünya müharibəsindən sonra Avropada sülh və sabitliyə ən böyük təhlükə olması ilə bağlı razılığa gəliblər.

“Bu, ərazi sərhədlərinin bütövlüyü və toxunulmazlığı prinsiplərinin, beynəlxalq hüququn və BMT-nin Nizamnaməsinin açıq şəkildə pozulmasıdır”, - italiyalı nazir bildirib

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ