Sizin reklam burada
Sizin reklam burada

Ermənistanda kişilər tükənir? - Qadınları orduya cəlb edirlər

Ermənistanda kişilər tükənir? - Qadınları orduya cəlb edirlər



Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradıla bilər”.

Publika.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, qadınlar üçün könüllü hərbi xidmətlə bağlı institutun tətbiqi planlaşdırılır.

“Hökumət orduda genişmiqyaslı islahatlara başlayıb ki, bu islahatların məqsədi hər bir əsgəri, zabiti daha bacarıqlı və peşəkar etməkdir. Yaxın gələcəkdə biz Ermənistanda tamamilə yeni qadınların könüllü müvəqqəti hərbi xidmət institutunu tətbiq etməyi planlaşdırırıq”, - Paşinyan bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan müdafiə nazirinin müavini Armen Sarkisyan bildirmişdi ki, qadınların hərbi xidmətə qəbulu ilə bağlı qanun layihəsi hazırlanır

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ