Sizin reklam burada
Sizin reklam burada

İrəvanda qanlı toqquşma olub: Bir sakin ölüb, iki nəfərin vəziyyəti ağırdır

İrəvanda qanlı toqquşma olub: Bir sakin ölüb, iki nəfərin vəziyyəti ağırdır
İrəvanın Kanaker-Zeytun inzibati rayonunda qanlı dava baş verib.

Nəticədə bir nəfər ölüb, daha iki nəfər xəstəxanaya yerləşdirilib.

İaşə məntəqəsində yerdə yıxılıb qalan şəxsləri ilk olaraq yaxınlıqda növbətçilik edən patrul xidmətinin əməkdaşları görüblər. Onlar yaralananlardan birini öz xidməti maşınlarında xəstəxanaya çatdırıblar, digər ikisini isə gəlib çatan təcili tibbi yardım briqadası aparıb. Xəstəxanaya yerləşdirilənlərdən biri daha sonra dünyasını dəyişib. Həkimlər digər ikisinin həyatı üçün mübarizə aparır.

Hadisə yerinə istintaq qrupu gəlib. Həmçinin Kriminal Polis Baş İdarəsinin rəisi Vardan Vardanyanın rəhbərlik etdiyi əməliyyatçılar da işə cəlb olunublar. Eyni zamanda, İrəvanın polis rəisi Sevan Köçəryan da əraziyə gəlib. Hadisə yerində qan izləri, həmçinin qanlı ağ paltarlar aşkar edilib.

Faktla bağlı cinayət işi açılıb, hüquq-mühafizə orqanları ölənlərin və yaralıların kimliyini araşdırır.

Mənbə: “Sputnik” Ermənistan

  • Sosial şəbəkədə paylaş