Sizin reklam burada
Sizin reklam burada

Kremldən Paşinyanın ittihamlarına SƏRT REAKSİYA - Həqiqətləri dərk etmir

Kremldən Paşinyanın ittihamlarına SƏRT REAKSİYA - Həqiqətləri dərk etmir


Belə şeyləri söyləmək və bəyan etmək, sadəcə olaraq, yer üzündəki həqiqətləri dərk etməməkdir”.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə bağlı səsləndirdiyi ittihamlara münasibət bildirərkən deyib.

“Və siz də mənə sual verə bilərsiniz, Rusiya Federasiyasının sülhməramlı kontingenti olmadan kimsə məsuliyyətlə deyə bilər ki, daha yaxşı olardı? Məncə, cavab aydındır. Ona görə də səmərəliliyin artırılmasının zəruriliyindən istədiyiniz qədər danışa bilərsiniz və bir daha təkrar edirəm ki, indi hamı bu vəziyyətin həlli üzərində işləyir. Amma belə şeyləri demək və bəyan etmək, sadəcə olaraq, yer üzündəki reallıqları başa düşməmək deməkdir”, - Zaxarova bildirib.

Zaxarova Laçın dəhlizindəki vəziyyət kontekstində Rusiya sülhməramlı kontingentinin tənqid olunmasının qəbuledilməz olduğunu bəyan edib.

“Bu vəziyyətdə Rusiyanın, Rusiya sülhməramlı kontingentinin tənqidinə gəlincə, mən hesab edirəm ki, bu, qəbuledilməzdir. Biz dəfələrlə demişik ki, Rusiya sülhməramlıları vəziyyətin yerində nizamlanması üçün əlindən gələni edir”, - diplomat əlavə edib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Rusiyaya qarşı kəskin ittihamlar səsləndirib. O, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentini Laçın dəhlizi boyu vəziyyətlə bağlı aydın izahat verməyə çağırıb. Paşinyan hesab edir ki, “əgər Rusiya Federasiyası obyektiv və ya subyektiv səbəblərə görə Qarabağda təhlükəsizlik və sabitliyi təmin edə bilmirsə, o zaman BMT Təhlükəsizlik Şurasında sülhməramlı kontingentin BMT mandatını alması və ya Qarabağa əlavə çoxmillətli sülhməramlı kontingent göndərməsi məqsədi ilə müzakirəyə başlamalıdır”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ