Sizin reklam burada
Sizin reklam burada

Rusiyada neft-qaz şirkətlərinin işçilərinə xarici ölkəyə səfər etmək qadağan olundu

Rusiyada neft-qaz şirkətlərinin işçilərinə xarici ölkəyə səfər etmək qadağan olundu
Rusiyanın “Qazprom” və “Rosneft” şirkətində çalışan işçilərin mətbuata sızdırdıqları informasiyaya əsasən, şirkət əməkdaşlarının xarici ölkəyə səfər etmələrinə qeyri-rəsmi qadağa qoyulub.

Səfər qadağası qoyulan ölkələr arasında adətən Rusiya vətəndaşlarının mütəmadi və maneəsiz səfər etdikləri Türkiyə Respublikası da var.

Qadağa dövlət korporasiyasının işçilərinin ən yaxın qohumlarına - həyat yoldaşlarına və uşaqlarına da şamil edilir.

“Rosneft”də artıq işçilərdən xarici ölkəyə səfər etməyəcəkləri barədə yazılı iltizam da alınıb. Qadağa hələlik şirkətdə yüksək vəzifə tutan rəhbər şəxslərə və onların ailələrinə şamil edilir.

“Qazprom”da isə göstərişin icrasına təhlükəsizlik xidməti nəzarət edəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ