Sizin reklam burada
Sizin reklam burada

Bolqarıstanda temperatur rekordu qeydə alındı

Bolqarıstanda temperatur rekordu qeydə alındı



Bolqarıstan meteoroloqları bazar günü ölkədə daha bir temperatur rekordu qeydə alıblar.

Məlumata görə, dekabrın 11-də ölkənin cənub bölgəsində yerləşən Haskovo şəhərində hava 19,6 dərəcəyə qədər isinib ki, bu da 1943-cü ildə qeydə alınan əvvəlki rekorddan 2,1 dərəcə yüksəkdir.

Bir qədər sonra hərarət azalaraq 17,5 dərəcəyə düşüb.

Lakin meteoroloqlar dekabrın 12-nə keçən gecə temperaturun iqlim normasına uyğun düşəcəyini vəd ediblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ