Sizin reklam burada
Sizin reklam burada

ABŞ rəsmiləri Polşaya düşən raketlərin hansı dövlətə məxsus olduğunu açıqladılar

ABŞ rəsmiləri Polşaya düşən raketlərin hansı dövlətə məxsus olduğunu açıqladılar
Polşaya düşən raket Ukrayna qüvvələri tərəfindən Rusiya raketini vurmaq üçün atılıb.

Bu barədə “AP News” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

“Üç ABŞ rəsmisi bildirib ki, ilkin hesablamalara görə, raket Ukrayna qüvvələri tərəfindən Ukraynanın elektrik infrastrukturuna dağıdıcı zərbə endirməsi zamanı daxil olan Rusiya raketinə atılıb”.

Eyni zamanda, rəsmilər bildiriblər ki, “bu məsələni ictimai müzakirə etmək səlahiyyətinə malik deyillər”. Bu səbəbdən də xəbəri anonimlik şərti ilə bildiriblər.

Xatırladaq ki, noyabrın 15-də Polşa Ukrayna ilə sərhəddə yerləşən ərazisinə iki raketin düşməsi və nəticədə iki nəfərin həlak olması ilə bağlı məlumat yayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ