Sizin reklam burada
Sizin reklam burada

ABŞ niyə gizli danışıqlar istəyir?

ABŞ niyə gizli danışıqlar istəyir?


ABŞ Prezidenti Co Bayden administrasiyası Rusiya-Amerika münasibətlərində davam edən gərginliyə baxmayaraq, yaydan bəri START müqaviləsi üzrə Moskva ilə dialoqu bərpa etməyə çalışır.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalında dərc olunan məqalədə bildirilib.

“İndiki və keçmiş ABŞ rəsmilərinin fikrincə, START danışıqlarının bərpası ən azı bu ilin yayından Ağ Ev və Dövlət Departamentinin gizli məqsədi olub və bu məsələ ilə bağlı Rusiya ilə yeni görüşün planlaşdırılması bir neçə aydır ki, davam edir", - nəşr yazıb.

Məqalədə vurğulanıb ki, ABŞ-ın danışıqlar istəyi Bayden administrasiyasının sanksiyalara və Rusiyanı zəiflətmək siyasətinə baxmayaraq, bəzi məsələlərdə Vladimir Putinlə əlaqə saxlamağa hazır olduğunu nümayiş etdirir.

Qeyd edək ki, daha öncə Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov iki ölkə arasında noyabrın sonu və ya dekabrın əvvəlində Qahirədə START müqaviləsi üzrə ikitərəfli komissiyanın iclasının keçiriləcəyini bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ