Sizin reklam burada
Sizin reklam burada

Rusiya Ukraynadakı Çin terminalını vurdu: Minlərlə ton bitki yağı məhv edildi

Rusiya Ukraynadakı Çin terminalını vurdu: Minlərlə ton bitki yağı məhv edildi
Rusiya Nikolaev dəniz limanında Çin şirkəti tərəfindən icarəyə götürülmüş terminala raket zərbəsi endirib.

Bunu Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko deyib.

Diplomatın sözlərinə görə, atəş nəticəsində 26 milyon dollar dəyərində 17 min ton günəbaxan yağı məhv edilib.

Hazırda Çin şirkətinin icarəyə götürdüyü daha bir terminal hücum təhlükəsi altındadır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ