Sizin reklam burada
Sizin reklam burada

Dünyada koronavirusdan ölüm halları azalır

Dünyada koronavirusdan ölüm halları azalır
Son bir həftədə dünyada koronavirusa yeni yoluxma hallarının sayı 3,8 milyon nəfər təşkil edib ki, bu da iyunun ortalarındakı səviyyəyə uyğundur.

COVID-19-a yoluxma halları ardıcıl yeddinci həftədir azalır.

Sonuncu dəfə koronavirusdan ən yüksək ölüm faktı yayın əvvəlində qeydə alınıb. Həmin vaxt yeddi gün ərzində təxminən 12,4 min insan koronavirusdan həyatını itirmişdi.

Sutkalıq ən yüksək yoluxma hazırda Yaponiyadadır, amma yayın sonunda orada 140 minə yaxın yoluxma hadisə qeydə alınmışdısa, indi bu rəqəm 110 min təşkil edir.

İkinci yerdə Cənubi Koreyadır - gündəlik təxminən 75 min insanın koronavirusa yoluxur. Bu göstərici avqustun ortaları ilə müqayisədə iki dəfə azdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ