Sizin reklam burada
Sizin reklam burada

Dünyanın 101 ölkəsində kütləvi iğtişaşların artacağı gözlənilir

Dünyanın 101 ölkəsində kütləvi iğtişaşların artacağı gözlənilir
2022-ci ilin üçüncü rübündə dünyanın 101 ölkəsində kütləvi iğtişaşlar riski artacaq.

Ekspertlərin qənaətinə görə, 198 ölkədən 101-də vətəndaş iğtişaşları riskində artım qeydə alınıb, bu, 2016-cı ildə müvafiq hesablamaların başlanmasından bəri ən böyük rüblük artımdır. Eyni zamanda, 42 dövlətdə risk azalıb.

Enerjidaşıyıcılarının qiymətlərinin artması fonunda Avropa İttifaqı ölkələrində iğtişaşlar üçün ilkin şərtlər artır. İnkişaf etməkdə olan ölkələrdə əhalinin narazılığını ərzaq qiymətlərinin artması və qlobal ərzaq böhranı qorxusu ilə əlaqələndirirlər. Önümüzdəki aylarda risklərin artacağı da vurğulanır.

Avropada payız-qış dövrlərinin enerji böhranını daha da şiddətləndirəcəyi və yaşayış xərclərini artıracağı gözlənilir.

Dünyanın bir çox yerlərində quraqlıq və su qıtlığı ərzaq qiymətlərinin artmasına səbəb olacaq ki, bu da ən çox zərər çəkmiş ərazilərdə lokal etirazlara səbəb ola bilər.

Sosial iğtişaş riski yüksək olan ölkələrin siyahısına xüsusilə Almaniya, Kipr, Norveç, Polşa və Ukrayna daxildir. 2023-cü ildə Almaniya, Niderland və İsveçrədə risklərin artacağı proqnozlaşdırılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ