Sizin reklam burada
Sizin reklam burada

Boris Consonun yerinə əsas namizəd sayılan nazir mübarizəyə qatılmayacağını açıqladı

Boris Consonun yerinə əsas namizəd sayılan nazir mübarizəyə qatılmayacağını açıqladı
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Mühafizəkarlar Partiyasının və hökumətin sədrliyi uğrunda mübarizəyə qoşulmayacaq.


Bu barədə britaniyalı nazir “Twitter” hesabında bildirib.

O, ailəsi və həmkarları ilə aparılan müzakirələrdən sonra müvafiq qərar qəbul etdiyini vurğulayıb.
“Məni dəstəkləməyə söz vermiş bütün həmkarlarıma və digərlərinə öz təşəkkürümü bildirirəm”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, Boris Consonun istefa açıqlamasından sonra bir çox ekspertlər tərəfindən məhz Ben Uolles baş nazir postuna əsas namizəd olaraq göstərilirdi.

Mənbə: UNİAN

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ