Sizin reklam burada
Sizin reklam burada

Norveçdə gecə klubunda silahlı şəxs dəhşət yaşatdı: Xeyli ölən və yaralanan var - FOTO

Norveçdə gecə klubunda silahlı şəxs dəhşət yaşatdı: Xeyli ölən və yaralanan var - FOTO
Norveçin paytaxtı Oslonun mərkəzində yerləşən “London pub” gecə klubunda insanlara atəş açılıb.

Polisin məlumatına görə, iki nəfər ölüb, ondan çox adam yaralanıb. Üç yaralının vəziyyəti ağırdır, 12 nəfər yüngül xəsarət alıb.

Hadisə Oslonun mərkəzində, çoxlu sayda bar və gecə klublarının olduğu küçədə baş verib.

Şübhəli şəxs nəzarətə götürülüb.

  • Sosial şəbəkədə paylaş