Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanlı tələbələr İsrailə səfər edəcəklər

Azərbaycanlı tələbələr İsrailə səfər edəcəklər



Bu barədə “Report”a müsahibəsində İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer məlumat verib.

“İsrailin aqrar sektorunu, xüsusən də quraq rayonlarda kənd təsərrüfatının necə aparıldığını, kənd təsərrüfatı məhsullarını necə yetişdirdiyimizi və bu sahədə xüsusi texnologiyalardan necə istifadə etdiyimizi canlı görmək üçün bir il müddətinə İsrailə gələcək 50 tələbə ilə görüşdük”, - nazir deyib.

O.Forer vurğulayıb ki, bərpa edilməli olan böyük ərazini nəzərə alsaq, hazırda Azərbaycanın qarşısında böyük imkanlar açılır:

“İsrail kənd təsərrüfatının inkişafında maraqlı olan Azərbaycanın gənc nəslinin yetişdirilməsinə bilik və təcrübəsi ilə kömək edə bilər”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ