Sizin reklam burada
Sizin reklam burada

Arestoviç rusiyalı general Simonovun öldürülməsi barədə: “Məhv edilib”

Arestoviç rusiyalı general Simonovun öldürülməsi barədə: “Məhv edilib”
Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Rusiya ordusunun idarəetmə məntəqəsinə zərbə endiriblər. İlkin məlumatlara görə, yüzlərlə Rusiya hərbçisi zərbə zamanı öldürülüb.

Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

Onun sözlərinə görə, İzyuma, Hava Desant Qüvvələrinin qərargahı və ikinci ümumqoşun ordusunun qərargahına zərbə endirilib. Vurulan hədəflərin hər birində ən azı 100-200 arası Rusiya hərbçisi öldürülüb.

A.Arestoviç ölənlər arasında yüksək rütbəli zabitlərin də olduğunu qeyd edib. O, həmçinin Rusiya Hava Desant Qüvvələrinin qərargah rəisi A.D.Simonovun öldürülməsi barədə məlumatlara münasibət bildirib.

“Bəzi yoxlanılmalı olan məlumatlara görə, HDQ qərargah rəisi məhv edilib”, - deyə o bildirib.

Mənbə: Unian

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ