Sizin reklam burada
Sizin reklam burada

İndoneziyada yeniyetmələrin vaksinasiyasına başlanılıb

İndoneziyada yeniyetmələrin vaksinasiyasına başlanılıb


İndoneziyada yetkinlik yaşına çatmayanlar şəxslər arasında koronavirusa yoluxma halının artmasından sonra 12 yaşından yuxarı uşaqların peyvəndlənməsinə başlanılıb.

Bu barədə “The Straits Times” nəşri məlumat yayıb.

Qeyd olunur ki, yeniyetmələrə “Sinovac” peyvəndi vurulacaq. İlkin olaraq vaksinasiya prosesinə Cakartadan başlanılacaq.

İndoneziya paytaxtının qubernatoru Anies Basvedan bildirib ki, vaksinasiyaya 12-17 yaş arasında olan təxminən 1,3 milyon şəxs cəlb ediləcək.

Qeyd olunur ki, hazırda İndoneziyada COVID-19 pandemiyasına yoluxanların ümumi sayının təxminən 15 faizi yetkinlik yaşına çatmayanlar təşkil edir.

  • Sosial şəbəkədə paylaş