Sizin reklam burada
Sizin reklam burada

İsrail ordusu Qəzzaya daxil oldu

İsrail ordusu Qəzzaya daxil oldu


İsrail ordusunun hava və yerüstü qüvvələri Qəzza zolağında antiterror əməliyyatına başlayıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Hazırda İsrail ordusunun HHQ və yerüstü dəstələri Qəzza bölgəsində əməliyyat keçirir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, son bir neçə gün ərzində Qəzzadan İsrail ərazisinə təxminən 1750 raket atılıb. Bunun nəticəsində 6 İsrail vətəndaşı həlak olub. Cavab zərbələri isə 103 fələstinlinin həyatına son qoyub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ