Sizin reklam burada
Sizin reklam burada

Hərbi səbəblərlə əlaqədar daha yeddi nəfərin əlilliyi ləğv edildi

Hərbi səbəblərlə əlaqədar daha yeddi nəfərin əlilliyi ləğv edildi


Hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də əlillik sənədlərində ziddiyyət aşkarlanan daha 24 şəxsin əyani müayinəsi aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən verilən məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müvafiq komissiya tərəfindən aparılan müayinə zamanı həmin şəxslərdən 13-nə əlillik təyin olunmasına dair qərar qəbul olunub. Qalan şəxslərdən yeddisinin diaqnoz və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi, üçünün tam reabilitasiya olunduğu müəyyən edilib, birinə isə səhiyyə müəssisəsində yenidən müayinə olunması üçün göndəriş tərtib edilib.

Qiymətləndirmə prosesində şəffaflığın tam təmin olunması üçün əyani müayinələrin hər birinin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin müayinələrdə iştirakı təmin edilir. Budəfəki əyani müayinədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə iştirak edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ