arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Universiada: Azərbaycan daha bir medal qazandı

Universiada: Azərbaycan daha bir medal qazandı


Azərbaycan taekvondoçusu Minayə Əkbərova Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında uğurlu çıxış edib.

Oxu.Az xəbər verir ki, 46 kq çəki dərəcəsində yarışan 22 yaşlı idmançı bürünc medal qazanıb.

M.Əkbərova 1/8 finalda ABŞ təmsilçisi Karine Leclerbqi, növbəti raundda isə fələstinli Miar Qabahanı eyni hesabla (2:0) məğlub edib. Taekvondoçu yarımfinalda Yinq-Hsuan Huanqa (Çin Taypeyi) məğlub olub və bürünc medal qazanıb.

Azərbaycan millisinin digər taekvondoçuları Səyyad Dadaşov (54 kq) və Yaşar Məmmədli (68 kq) 1/8 finalda uduzaraq mübarizəni dayandırıblar.

Qeyd edək ki, daha əvvəl cüdoçulardan Rəşid Məmmədəliyev (73 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) və Leyla Əliyeva (48 kq) bürünc medal qazanıblar, bədii gimnast Zöhrə Ağamirova isə iki gümüş medala sevinib.

  • Sosial şəbəkədə paylaş