"Bu gün qalib gələcəyimi hiss edirdim. Tarix yazdım".
Bunu "Report"un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında III Avropa Oyunlarında qızıl medal qazanan Azərbaycan karateçisi Tural Ağalarzadə deyib.
67 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı bildirib ki, qələbəni sözlə ifadə etmək mümkün deyil: "Məni dəstəkləyən hər kəsə, bizim üçün bu şəraiti yaradan ölkəmizin başçısına, eyni zamanda, məşqçilərimə, ailəmə və sevdiklərimə təşəkkür edirəm. Finala qədər çətin döyüşlərim oldu. Həlledici görüşdə isə üçqat Avropa çempionu Dionisios Ksenosla üz-üzə gəldim. Taktiki gedişləri döyüşdən öncə hazırlamışdıq. Psixoloji və fiziki cəhətdən çox hazır idim. Buradan ailəmə təşəkkür edirəm. Onları sevirəm".