Sizin reklam burada
Sizin reklam burada

Böyük Dəbilqə: Yeddi cüdoçumuz mübarizəyə başlayır

Böyük Dəbilqə: Yeddi cüdoçumuz mübarizəyə başlayır
Azərbaycanın yeddi cüdoçusu bu gün Gürcüstanın paytaxtı Tbilisidə start götürən Böyük Dəbilqə turnirində mübarizəyə başlayır.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/16 final mərhələsində Dilşod Xalmatovla (Ukrayna), eyni çəkidəki Turan Bayramov Aybek Omirovla (Türkmənistan) üz-üzə gələcəklər.

66 kq-dakı Kamran Süleymanov 1/32 finalda Quram Dzavaşvilinin (BƏƏ) müqavimətini qırmağa çalışacaq.

Qadınların yarışında 48 kq-dakı Leyla Əliyeva 1/16 finalda Venna Juanqla (Çin), 52 kq-dakı cüdoçulardan Gültac Məmmədəliyeva Yasmim Lima ilə (Braziliya), eyni çəkidəki Aydan Vəliyeva Naomi Van Krevellə (Niderland) münasibətlərinə aydınlıq gətirəcəklər.
Nəhayət, 57 kq-dakı Fidan Əlizadə 1/16 finalda Paulin Starkla (Almaniya) görüşəcək.

Qeyd edək ki, Böyük Dəbilqə martın 26-da başa çatacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ